Məhəmməd Salah Premyer Liqada noyabrın ən yaxşı futbolçusu seçilib

Məhəmməd Salah Premyer Liqada noyabrın ən yaxşı futbolçusu seçilib İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqada noyabrın ən yaxşı futbolçusu seçilib.
Futbol
December 10, 2024 12:51
Məhəmməd Salah Premyer Liqada noyabrın ən yaxşı futbolçusu seçilib
Məhəmməd Salah

İngiltərənin "Liverpul" klubunun hücumçusu Məhəmməd Salah Peşəkar Futbolçular Assosiasiyasının versiyasına görə Premyer Liqada noyabrın ən yaxşı futbolçusu seçilib.

"Report" xəbər verir ki, misirli oyunçu azarkeşlərin səsverməsinə əsasən "ən yaxşı" adına layiq görülüb.

O, Moyses Kaysedo (“Çelsi”), Mateus Kunya və Juan Qomes (hər ikisi “Vulverhempton”), Ceyms Meddison (“Tottenhem”) və Juan Pedronu (“Brayton”) qabaqlayıb.

Qeyd edək ki, Məhəmməd Salah ötən ay Premyer Liqada keçirdiyi üç oyunda 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi