"Marsel" rəsmiləri "Qarabağ"ın oyununu izləməyə gələcək
Futbol
- 24 yanvar, 2022
- 08:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın "Marsel" klubunun rəsmiləri UEFA Konfrans Liqasının pley-off mərhələsində rəqibi "Qarabağ"ın oyununu izləmək üçün Bakıya gəlməyi planlaşdırır.
Ağdam təmsilçisinin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, səfər fevralın 17-dək baş tutacaq.
"Marsel"in nümayəndələri artıq bir dəfə Bakıda olublar. Onlar hotellərə və hoteldən stadiona olan məsafəyə baxış keçiriblər.
Qeyd edək ki, "Qarabağ" "Marsel" komandası ilə ilk görüşünü fevralın 17-də səfərdə, cavab oyununu fevralın 24-də evdə keçirəcək. Ağdam komandası Marseldəki matçadək fevralın 1-də və 12-də "Keşlə" ilə Azərbaycan Kubokunun 1/4 final görüşlərində, fevralın 7-də isə "Neftçi" ilə Premyer Liqanın XV tur qarşılaşmasında üz-üzə gələcək.
Son xəbərlər
09:03
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.11.2026)
Maliyyə
09:02
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (27.11.2026)
Maliyyə
09:00
Azərbaycan Premyer Liqası: Bu gün "İmişli" "Şəfa"nı, "Neftçi" "Zirə"ni qəbul edəcək
Futbol
08:57
Yaponiya Ayın tədqiqi üçün yeni astronavtlar cəlb etməyə başlayır
Digər ölkələr
08:26
Kanada parlamentinə ABŞ səfirinin geri çağırılması tələbi ilə petisiya təqdim edilib
Digər ölkələr
08:16
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
07:51
Tramp və Rütte ABŞ-nin Avropadakı gələcək hərbi mövcudluğunu müzakirə ediblər
Digər ölkələr
07:18
Axtarışda olan şəxs Novxanıda saxlanılıb
Hadisə
07:07
Foto
Ağdərə, Xocalı və Xocavənd rayonlarına növbəti köç karvanları yola salınıb
Daxili siyasət