"Mançester Yunayted" Vinisius Junioru transfer etmək istəyir
Futbol
- 23 iyul, 2024
- 07:29
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərənin "Mançester Yunayted" klubu İspaniya təmsilçisi "Real"ın futbolçusu Vinisius Junioru transfer etmək istəyir.
"Report"un "Defensa Central"a istinadən məlumatına görə, "qırmızı şeytanlar" 23 yaşlı braziliyalıya 200 milyon avro dəyərində 5 illik müqavilə təklif etməyə hazırdır.
Mançester təmsilçisi Madrid klubuna əlavə 230 milyon avro ödəmək niyyətindədir. Hücumçu “Real"a 2018-ci ilin iyulunda Braziliya klubu “Flamenqo”dan keçib. Onun "Real" ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Qeyd edək ki, 2023/2024 mövsümündə V.Junior meydana çıxdığı 39 matçda 24 qola 11 məhsuldar ötürməyə imza atıb. "Transfermarkt" portalı onun bazar dəyərini 180 milyon avro olaraq qiymətləndirir.
Son xəbərlər
16:23
Serbiyanın hakim partiyası Vuçiçin anasına hücum edildiyini bildirib
Digər ölkələr
16:10
Foto
Musa Qasımlı: Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir
Xarici siyasət
15:58
Foto
AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib
Komanda
15:56
Foto
Sumqayıtda beş avtomobil toqquşub
Hadisə
15:55
Foto
Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb
Mədəniyyət siyasəti
15:45
Foto
"Pampuşun səyahəti" kitabının təqdimatı keçirilib
Mədəniyyət siyasəti
15:38
Fransada etiraz aksiyaları zamanı 1 300-dən çox şəxs saxlanılıb
Digər ölkələr
15:27
"Real"ın qapıçısı "Barselona" ilə oyunu buraxacaq
Futbol
15:07
Foto
Yeniyetmə güləşçilər arasında Naxçıvan birinciləri müəyyənləşib
Komanda