"Mançester Yunayted"in yeni həmsahibi Aleks Ferqyusonla müqaviləni ləğv edib

"Mançester Yunayted"in yeni həmsahibi Aleks Ferqyusonla müqaviləni ləğv edib İngiltərə təmsilçisi "Mançester Yunayted"in yeni həmsahibi INEOS şirkəti xərclərin azaldılması proqramını davam etdirərək, klub tarixinin ən uğurlu məşqçisi olan ser Aleks Ferqyusonla milyonlarla dəyərində müqaviləni ləğv edib.
Futbol
15 Oktyabr , 2024 13:35
Mançester Yunaytedin yeni həmsahibi Aleks Ferqyusonla müqaviləni ləğv edib
Aleks Ferqyuson

İngiltərə təmsilçisi "Mançester Yunayted"in yeni həmsahibi INEOS şirkəti xərclərin azaldılması proqramını davam etdirərək, klub tarixinin ən uğurlu məşqçisi olan ser Aleks Ferqyusonla milyonlarla dəyərində müqaviləni ləğv edib.

"Report" xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

A.Ferqyuson 26 il "Mançester Yunayted"ə rəhbərlik edib və komanda ilə 38 kubok qazanıb. 2013-cü ildə baş məşqçi vəzifəsindən getdikdən sonra klubda qlobal səfir və icraçı olmayan direktor kimi illik maaşla saxlanılıb.

Ferqyusonla klubun səfiri kimi müqavilənin yeganə rəsmi qeydi 2014-cü il hesabatlarında görünür. Onlara əsasən, şotlandiyalı mütəxəssis 17 oktyabr 2013-cü ildə müqavilə imzalayıb və 2,16 milyon funt-sterlinq (2,82 milyon dollar) alıb.

INEOS-un rəhbəri Cim Retklif şəxsi söhbətdə Ferqyusona müqavilənin ləğv edilməsi barədə məlumat verib. Qeyd olunur ki, məsələ sülh yolu ilə həll edilib. 82 yaşlı Ferqyuson klubun icraçı olmayan direktoru kimi qalacaq və klubun oyunlarına gələ biləcək.

Qeyd edək ki, INEOS fevralda "Mançester Yunayted"in 27,7 %-nin sahibi olub. Şirkət büdcənin optimallaşdırılması çərçivəsində klubda 250 iş yerinin ixtisarı barədə niyyətini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi