"Mançester Siti"nin futbolçusu tarixə düşüb
Futbol
- 17 avqust, 2023
- 05:14
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xorvatiya millisinin və İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Mateo Kovaçiç tarixə düşüb.
"Report" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi UEFA Superkubokunda İspaniya "Sevilya"sına qalib gəlməklə buna nail olub.
Kovaçiç üç fərqli klubda bunu bacaran ilk oyunçudur. O, daha əvvəl 2016 və 2017-ci illərdə İspaniya "Real"ında, 2021-ci ildə isə İngiltərənin "Çelsi" komandasında titula yiyələnib.
Yarımmüdafiəçidən daha çox UEFA Superkubokunu yalnız Toni Kroos əldə edib. Almaniyalı futbolçu "Bavariya" ilə 1, "Real" ilə 4 dəfə qələbə sevinci yaşayıb.
Qeyd edək ki, "Mançester Siti" əsas vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında "Sevilya"nı məğlub edib - 5:4.
Son xəbərlər
15:20
Fransada etiraz aksiyaları zamanı 1800-dən çox şəxs saxlanılıb - yenilənib
Digər ölkələr
15:17
Florian Virts "Barselona"ya keçmək istəyir
Futbol
15:07
Xəbərdarlıq: Çaylardan sel keçəcək, dolu düşəcək
Ekologiya
14:59
Latviya müstəqilliyin bərpasının 35-ci ildönümü münasibətilə Azərbaycanı təbrik edib
Xarici siyasət
14:49
Misirin Təhlükəsizlik Şurası Səudiyyə Ərəbistanına yardım barədə qərar qəbul edib
Digər ölkələr
14:32
Arif Əsədov: "Hələ əvvəlki "Qarabağ"ı görmürük, "Neftçi"də isə yaxşı mənada dəyişikliklər var"
Futbol
14:31
Əraqçi: İƏT fikir ayrılıqlarının həllində ciddi rol oynamalıdır
Region
14:21
Yaponiyada Takaiçi hökumətinə dəstəyin 50 %-dən aşağı düşdüyü bildirilib
Digər ölkələr
14:04
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Ekologiya