"Mançester Siti”nin baş məşqçisi Messiyə zəng edəcək

"Mançester Siti”nin baş məşqçisi Messiyə zəng edəcək Xosep Qvardiola “Bavariya”nı klublararası dünya çempionatının finalında "Tiqres" üzərində qələbə qazanmasını xüsusi tərzdə təbrik edib
Futbol
12 Fevral , 2021 07:57
Mançester Siti”nin baş məşqçisi Messiyə zəng edəcək
Lionel Messi və Xosep Qvardiola

İngiltərənin "Mançester Siti” futbol komandasının baş məşqçisi Xosep Qvardiola Münhen “Bavariya”sını klublararası dünya çempionatının finalında "Tiqres" üzərində qələbə (1:0) qazanması münasibətilə xüsusi tərzdə təbrik edib.

"Report" xəbər verir ki, bu barədə "Bavariya"nın tvitterdəki səhifəsində bildirilir.

"Biz fəxr edirik, mən fəxr edirəm, hamıya, xüsusən Hans-Diter Flikə, oyunçulara və xidmətçi personala bu təəccüblü hadisəyə görə təbriklər. Amma mən Hansa demək istəyirəm ki, siz ardıcıl altı titul qazanmış ikinci komandasınız! Sizə qədər daha bir komanda vardı - "Barselona". Ona görə, mən ola bilsin, Messiyə və kluba zəng vuracam ki, biz yeddinci titul üçün oynaya biləcəyik? Mənə deyin – harda və nə vaxt və biz orada nə vaxt olacağıq!" - Qvardiolanın “Bavariya”nın tvitterdəki səhifəsində yayılmış paylaşımında deyilir.

Xatırladaq ki, daha əvvəl "Bavariya" Almaniya çempionatını, Çempionlar Liqasını, Almaniya Kuboku, Almaniyanın və UEFA-ın Superkubokunu udub.

Qeyd edək ki, "Bavariya" ötən gün ikiqat dünya çempionu olub. Komanda Qətərdə keçirilən klublararası dünya çempionatında Meksikanın "Tiqres" komandasına minimal hesabla qalib gəlib - 1:0.

Son xəbərlər

Orphus sistemi