"Mançester Siti" ilk dəfə gəlirə görə "Mançester Yunayted"i ötüb

"Mançester Siti" ilk dəfə gəlirə görə "Mançester Yunayted"i ötüb İngiltərənin "Mançester Siti" klubu maliyyə ilinin gəlirlərinə görə ilk dəfə "Mançester Yunayted"i ötüb
Futbol
12 Yanvar , 2022 12:32
Mançester Siti ilk dəfə gəlirə görə Mançester Yunaytedi ötüb

İngiltərənin "Mançester Siti" klubu maliyyə ilinin gəlirlərinə görə ilk dəfə "Mançester Yunayted"i ötüb.

"Report" KPMG audit və konsaltinq şirkətinə istinadən xəbər verir ki, Premyer Liqada qalib olması və Çempionlar Liqasında finala yüksəlməsi "şəhərlilər"ə 2020/2021 mövsümündə əməliyyat gəlirini 644 milyon avroya çatdırmağa imkan verib. Bu isə ötən mövsümlə müqayisədə 17 faiz çoxdur.

Gəlir baxımından daha əvvəl Premyer Liqanın ən zəngin klubu olan "Mançester Yunayted" ötən maliyyə ilində 557 milyon avro qazanıb.

Qeyd edək ki, "Mançester Siti" cari mövsüm 21 matçdan sonra 53 xalla turnir cədvəlinə başçılıq edir. "Mançester Yunayted" isə 19 oyundan 31 xalla 7-ci yerdədir. Hər iki klub Çempionlar Liqasında 1/8 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi