"Mançester Siti" derbidə "Mançester Yunayted"i darmadağın edib

Futbol
  • 06 mart, 2022
  • 18:25
Mançester Siti derbidə Mançester Yunaytedi darmadağın edib

Futbol üzrə İngiltərə Premyer Liqasının XXVIII turunda Mançester derbisi baş tutub.

"Report"un məlumatına görə, çempionluğa iddialı "Mançester Siti" evdə "Mançester Yunayted"lə üz-üzə gəlib. "Etihad" stadionunda oynanılan qarşılaşma "şəhərlilər"in 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hesabı 5-ci dəqiqədə meydan sahiblərinin yarımmüdafiəçisi Kevin De Brüyne açıb. 22-ci dəqiqədə Ceydon Sanço tarazlığı bərpa edib. 28-ci dəqiqədə De Brüyne özünün və komandasının ikinci qolunu vurub. 68-ci dəqiqədə Riyad Mahrez fərqi 2 topa çatdırıb. Matçda son nöqtəni də Mahrez qoyub. Əlcəzairli yarımmüdafiəçi oyunun əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə fərqlənməklə yekun hesabı müəyyənləşdirib.

Bu qalibiyyətdən sonra xallarını 69-a çatdıran "Mançester Siti" ilk pillədəki mövqeyini qoruyub. 47 xalı olan "Mançester Yunayted" isə 5-ci sırada qərarlaşıb.