Maksim Medvedev: "Qarabağ" Norveçdə qələbə qazanmaq üçün sonadək mübarizə aparmalıdır"

Maksim Medvedev: "Qarabağ" Norveçdə qələbə qazanmaq üçün sonadək mübarizə aparmalıdır" Komanda səfərdə qələbə qazanmaq üçün sonadək mübarizə aparmalıdır.
Futbol
6 Noyabr , 2024 12:19
Maksim Medvedev: Qarabağ Norveçdə qələbə qazanmaq üçün sonadək mübarizə aparmalıdır
Maksim Medvedev

Komanda səfərdə qələbə qazanmaq üçün sonadək mübarizə aparmalıdır.

Bunu "Report"a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Maksim Medvedev "Qarabağ"ın Norveçdə "Budyo Qlimt"ə qarşı keçirəcəyi Avropa Liqası oyunu ilə bağlı danışarkən deyib.

35 yaşlı keçmiş müdafiəçi "köhlən atlar"ın çətin səfərə yollandığını söyləyib:

"Ən qısa zamanda uyğunlaşma prosesini keçməli və meydanla tanış olmalıdırlar. Ağır qarşılaşma olacaq. Son nəticələr yaxşı deyildi, bu səbəbdən kollektiv çox məsuliyyətli olacaq. Heyətdə təcrübəli oyunçular da mövcuddur. Hətta qalib gəlmək potensialımız da var. Ən neqativ məqam Julio Romaonun cəzalı olmasıdır. O, komanda üçün böyük fiqurdur. Futbolçular bu matçda ələ düşən imkanlardan istifadə etməli, soyuqqanlı oynamalı, intizamı pozmamalı, tələsməməli və pozitiv olmalıdırlar".

2006-2024-cü illər aralığında "Qarabağ"ın formasını geyinmiş oyunçu Azərbaycan çempionunun turnirdə keçirdiyi əvvəlki qarşılaşmalara da toxunub:

"Məğlubiyyətlərin səbəbini demək bir az çətindir. Hamısı fərqli oyunlar idi. Hər görüşdə çatışmazlıqlar var idi ki, bu da nəticəyə təsir etdi. Əsas odur ki, komanda çıxış yollarını tapsın, problemləri unutsun və yeni motivasiya ilə sabahkı matça çıxsın".

Qeyd edək ki, UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun "Budyo Qlimt" - "Qarabağ" oyunu noyabrın 7-də, saat 21:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi