"Cümə axşamı günü bizi "Neftçi" ilə vacib oyun gözləyir. Deyərdim ki, bu, həyatımızın matçı olacaq".
"Report"un məlumatına görə, bunu İsrailin "Makkabi" (Hayfa) klubunun futbolçusu Məhəmməd Abu Fani yerli mətbuata açıqlamasında evdə "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu barədə danışarkən deyib.
23 yaşlı israilli yarımmüdafiəçi bildirib ki, komanda qarşıdakı matçın önəmini yaxşı dərk edir: "Qələbə həm klub, həm də azarkeşlər üçün vacibdir. Bu, maliyyə baxımından da önəm daşıyır. Azarkeşlərimizin stadiona gələcəyini və bizi qələbəyə ruhlandıracağını gözləyirik".
Qeyd edək ki, avqustun 26-da Hayfadakı "Sammi Ofer" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdaki ilk görüşdə 3:3 hesablı heç-heçə qeydə alınıb.