Mahir Emrelinin çıxış etdiyi klub yeni hücumçular axtarır
Futbol
- 21 iyul, 2023
- 08:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Mahir Emrelinin formasını geyindiyi Xorvatiyanın “Dinamo” klubu yeni hücumçular axtarır.
“Report”un “vecernji.hr” nəşrinə istinadən məlumatına görə, Zaqreb təmsilçisinin baş məşqçisi İqor Biscan rəhbərlikdən ön xəttin gücləndirilməsini tələb edib.
Bildirilib ki, mütəxəssis aparıcı hücumçuları Bruno Petkoviçin satılmasına razılıq verməyib. Çünki baş məşqçi Mahir Emreli və Yosip Drmiçin onu layiqincə əvəzləyəcəklərinə inanmır. Bu üzdən klub yeni hücumçular alana qədər Petkoviç komandada saxlanılacaq.
Qeyd edək ki, ötən mövsümün ikinci dövrəsini icarə əsasında Türkiyənin “Konyaspor” klubunda keçirən Mahir Emrelinin “Dinamo” ilə müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.
Son xəbərlər
18:32
Minskdə Rusiya və Gürcüstan arasında diplomatik görüş keçirilib
Region
18:25
Ramiz Məmmədov: "Bu gün Xankəndi stadionunda əsl bayram ab-havası var idi"
Futbol
18:23
Azərbaycan ən həssas vəziyyətdə olan ölkələri dəstəkləyir
Xarici siyasət
18:11
İki gün davam edən iğtişaşlarda Fransaya 200 milyon avrodan çox ziyan dəyib
Digər ölkələr
18:10
Foto
Müdafiə Nazirliyi: Hərbi vəzifəlilərlə təlim toplanışı başlayıb
Digər
18:05
FHN: Badamdarda sürüşmə prosesi hazırda aktiv fazadadır
Hadisə
17:58
Azərbaycan cüdoçusu Məhəmməd Musayev gənclər arasında dünya çempionatında bürünc medal qazanıb
Fərdi
17:57
Azərbaycan 3 ölkədən düyü tədarükünü bərpa edib
Biznes
17:56
Foto
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçirilib
Futbol