Mahir Emreli zədəsini sağaldıb, komanda ilə məşqlərə başlayıb
Futbol
- 29 mart, 2022
- 10:53
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli zədəsini tam sağaldıb.
"Report" Zaqreb təmsilçisinin rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, 25 yaşlı hücumçu komanda ilə məşqlərə start verib.
Emreli zədə səbəbindən yığmanın Malta və Latviya ilə yoldaşlıq oyunları üçün toplanışına dəvət almayıb.
Azərbaycan millisi bu gün Latviya ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Komanda martın 25-də ilk yoldaşlıq görüşündə Maltaya 0:1 hesabı ilə uduzub.
Qeyd edək kİ, "Dinamo" Xorvatiya çempionatının XXIX turunda aprelin 3-də "Draqovolyaç"ı qəbul edəcək.
Son xəbərlər
23:39
Foto
Araz çayında balıqların sayı artıb
Ekologiya
23:21
Putin: Rusiya və Ukrayna razılığa gələ bilər
Region
23:12
Azərbaycanla Ekvador Mərkəzi Universiteti arasında əməkdaşlıq müzakirə edilib
Xarici siyasət
23:09
Türkiyə "Meta"nı məhkəməyə vermək istəyir
Region
22:57
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Hadisə
22:55
Azərbaycan Estoniya ilə parlamentlərarası dialoqun inkişafında maraqlıdır
Xarici siyasət
22:37
Foto
Azərbaycanın Qazaxıstandakı səfiri dünya çempionatında iştirak edəcək güləşçilərimizə uğurlar arzulayıb
Fərdi
22:21
Ukrayna müharibədən sonra təhlükəsizlik təminatlarının üç variantını nəzərdən keçirir
Digər ölkələr
22:14
Zelenski: Tramp ilə aramda şəxsi ədavət yoxdur
Digər ölkələr