Mahir Emreli baş məşqçi ilə görüşüb, mövsümün sonunadək "Legiya"da qala bilər

Mahir Emreli baş məşqçi ilə görüşüb, mövsümün sonunadək "Legiya"da qala bilər Polşanın "Legiya" klubunun baş məşqçisi Aleksandr Vukoviç Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə görüşüb.
Futbol
19 Dekabr , 2021 10:07
Mahir Emreli baş məşqçi ilə görüşüb, mövsümün sonunadək Legiyada qala bilər
Mahir Emreli

Polşanın "Legiya" klubunun baş məşqçisi Aleksandr Vukoviç Azərbaycan millisinin futbolçusu Mahir Emreli ilə görüşüb.

"Report" "Meczyki" nəşrinə istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis hücumçu ilə onun Varşava təmsilçisindəki gələcəyi haqqında danışıb.

Vukoviç komandada ona ehtiyacının olduğunu söyləyib. 24 yaşlı forvard görüşə müsbət reaksiya versə də, hələlik karyerası ilə bağlı qərar vermədiyini bildirib.

Baş məşqçi ilə söhbət oyunçunun yanaşmasını yaxşılaşdırıb. Hücumçunun ən azı mövsümün sonunadək "Legiya"da qalmaq ehtimalı var. Nəşr futbolçunun ailəsinin də məsələyə qarışdığını və onların Emreliyə görə narahat olduğunu yazıb.

Qeyd edək ki, "Legiya" fanatları Ekstraklasanın XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra "Legiya"nın futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmır.

Son xəbərlər

Orphus sistemi