Lük Holts: "Azərbaycanın yığmasının azlıqda qalması işimizə yaradı"

Lük Holts: "Azərbaycanın yığmasının azlıqda qalması işimizə yaradı" "Qələbəyə layiq idik. Çünki ilk dəqiqələrdən sonadək meydanda dominantlıq etdik. Açığı, belə oynayacğımızı gözləmirdim. Amma son iki məşqdən sonra baxımlı oyun göstərəcəyimizə inandım. Azərbaycanın azlıqda qalması işimizə yaradı".
Futbol
5 Sentyabr , 2020 22:23
Lük Holts: Azərbaycanın yığmasının azlıqda qalması işimizə yaradı
Lük Holts

"Qələbəyə layiq idik. Çünki ilk dəqiqələrdən sonadək meydanda dominantlıq etdik. Açığı, belə oynayacağımızı gözləmirdim. Amma son iki məşqdən sonra baxımlı oyun göstərəcəyimizə inandım. Azərbaycanın yığmasının azlıqda qalması işimizə yaradı".

"Report"un məlumatına görə, bu fikirləri Lüksemburq millisinin baş məşqçisi Lük Holts UEFA Millətlər Liqasının I turunda Bakı Olimpiya Stadionunda Azərbaycanı komandasını 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis bildirib ki, rəqibin matçın startından etibarən müdafiə futbolu oynaması onu təəccübləndirməyib: "Yeni baş məşqçinin 4-4-2 sistemi ilə oynayacağını gözləyirdim. Düşünürəm ki, Canni De Byazi oyunçularının çıxışından razıdır. Çünki komanda azlıqda qaldıqdan sonra yaxşı təsir bağışladı".

Lüksemburqlu baş məşqçi penaltini Gerson Rodrigesin vurmasına da münasibət bildirib: "Bunu oyundan əvvəl müəyyənləşdirmişdik. Siyahıda 3 futbolçunun adı var idi. Onlardan biri də Rodriges idi".

Təcrübəli mütəxəssis Azərbaycan üzərində qələbədən sonra qrupdakı şansları dəyərləndirib: "Qrupun favoriti Monteneqrodur. Digər komandalar eyni səviyyədədirlər. Ümid edirəm ki, qarşıdakı matçlarda da belə oynayacağıq. Bizim öz oyun üslubumuz var.

Bu gün qələbəyə layiq oynadıq. Düşünürəm ki, penalti, qırmızı vərəqə amili matçın nəticəsinə təsir etmədi. Azərbaycanın yeni baş məşqçisi var. Bu, onun oyun fəlsəfəsidir. Əvvəllər rəqib daha yaxşı futbol oynayırdı. Bu, ispan futboluna oxşayırdı. Məncə, vaxta ehtiyac var. Getdikcə hər şey öz yerini tapacaq. Mən Azərbaycanı bizimlə matçda favorit hesab edirdim". 

Son xəbərlər

Orphus sistemi