Luis Suares Devid Bekhemin klubuna keçmək istəyir
Futbol
- 22 avqust, 2019
- 07:32
ABŞ-ın “İnter Mayami” klubu İspaniya təmsilçisi “Barselona”nın futbolçusu Luis Suaresi transfer etmək istəyir.
“Report” “El Mundo Deportivo”ya istinadən xəbər verir ki, 32 yaşlı hücumçu da karyerasını Devid Bekhemin sahibi olduğu klubda başa vurmaqda maraqlıdır. Uruqvaylı forvardın 2020-ci ilin yayında ABŞ-a köçmək istədiyi bildirilir.
“İnter Mayami”nin “Barselona” ilə 2021-ci ilin yayına qədər müqaviləsi olan Suaresə 4 illik sözləşmə təklif etdiyi vurğulanır.
Qeyd edək ki, Suares 2014-cü ilin iyulunda İngiltərənin “Liverpul” klubundan “Barselona”ya keçib. O, daha öncə vətənində “Nasyonal Montevideo”, eləcə də Hollandiyanın “Qroningen” və “Ayaks” klublarının formasını geyinib.
Son xəbərlər
17:36
Azərbaycanın avtomobil hissələri idxalına çəkdiyi xərci 14 %-dən çox azalıb
Biznes17:35
ABŞ Prezidenti "saxta KİV-lər"i Ağ Evə buraxmamağa çağırıb
Digər ölkələr17:21
Tramp: İran nüvə silahına sahib ola bilməz
Digər ölkələr17:20
Foto
Azərbaycan millisinin Millətlər Liqasında Litva ilə oyun öncəsi açıq məşqi baş tutub
Futbol17:18
Foto
İlqar Musayev: "Ölkənin informasiya təhlükəsizliyi yeni inkişaf mərhələsinə keçib"
İKT17:17
Maks Ferstappen: "Finişə yaxın Rassellə çatsam da, kifayət etmədi"
Formula 117:13
İtkin düşən 5 nəfər ötən gün tapılıb
Hadisə17:11
Foto
Video
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən tədbirdə iştirak edib - YENİLƏNİB-2
Biznes17:09
Foto