“Liverpul” İngiltərə çempionatında tarixi nailiyyətə imza atıb

“Liverpul” İngiltərə çempionatında tarixi nailiyyətə imza atıb İngiltərə Premyer Liqasının XVII turunda "Liverpul"un "Nyukasl" üzərində 3:1 hesablı qələbəsi Mersisayd təmsilçisinin tarixi nailiyyətə imza atmasına imkan verib.
Futbol
17 Dekabr , 2021 07:47
“Liverpul” İngiltərə çempionatında tarixi nailiyyətə imza atıb

İngiltərə Premyer Liqasının XVII turunda "Liverpul"un "Nyukasl" üzərində 3:1 hesablı qələbəsi Mersisayd təmsilçisinin tarixi nailiyyətə imza atmasına imkan verib.

“Report” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Liverpul” İngiltərə futbol tarixinin yüksək divizionunda 2 000 qələbə qazanan ilk komanda olub.

İngiltərənin bu göstərici üzrə ilk üç klubuna həmçinin 1 926 qələlə ilə London “Arsenal”ı və Liverpulun aktivində 1 872 qalibiyyəti olan digər komandası – “Everton” da daxildir.

Qeyd edək ki, Yurgen Kloppun yetirmələri 17 turdan sonra Premyer Liqanın turnir cədvəlində lider "Mançester Siti"dən bir xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

“Liverpul” növbəti turda London “Tottenhem”i ilə qarşılaşacaq. Qarşılaşma dekabrın 19-da Bakı vaxtı ilə saat 20:30-da baş tutacaq.

Xatırladaq ki, "Liverpul" daha əvvəl yeni rekorda imza atıb. Mersisayd təmsilçisi buna "Everton"u səfərdə 4:1 hesabı ilə məğlub etdiyi Premyer Liqanın XIV tur oyununda nail olub. "Qırmızılar" ardıcıl 18 oyunda ən azı iki qol vuran ilk komanda adına sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi