​"Liverpul" İngiltərə Kubokunun yarımfinalına çıxıb

Futbol
  • 08 aprel, 2015
  • 22:52
​Liverpul İngiltərə Kubokunun yarımfinalına çıxıb

Bakı. 9 aprel. REPORT.AZ/ "Liverpul" İngiltərə Kubokunun 1/4 final mərhələsində "Bləkbörn Rovers" üzərində qələbə qazanaraq turnirin yarımfinalına çıxıb.

"Report" xəbər verir ki, görüş "mersisaydlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

İngiltərə Kuboku. 1/4 final

"Bləkbörn Rovers" — "Liverpul" - 0:1

Qol: Koutinyo, 70 (0:1).

Brendan Rocersin yetirmələri 1/2 finalda "Aston Villa" ilə qarşılaşacaq. Matç aprelin 19-də keçiriləcək. Digər yarımfinal oyununda "Arsenal" və "Redinq" üz-üzə gələcək.

44 - Tezliklə