"Leqanes"in futbolçusu icarədə olduğu "Kordoba"dan "Qarabağ"a keçmək üçün ayrılıb
Futbol
- 21 yanvar, 2020
- 05:59
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Qana millisinin futbolçusu Ovusu Kvabena icarədə olduğu İspaniyanın "Kordoba" klubunu "Qarabağ"a keçmək üçün tərk edib.
"Report"un "Diario Cordoba" nəşrinə istinadən verdiyi məlumata görə, 23 yaşlı hücumçu müqavilə üzrə məxsus olduğu "Leqanes"in düşərgəsinə yollanıb. Kvabena bu addımı "Kordoba"nın razılığını almadan atıb.
O, Sequnda B təmsilçisinə ötən yay bir illik icarəyə verilib. Mövsümün ilk yarısında Kvabena 6 qol vurub. Afrikalı forvard "Kordoba"nın hücum xəttində yeganə oyunçu olub.
Qeyd edək ki, Ovusu Kvabena "Leqanes"ə 2017-ci ildə transfer olunsa da, daim icarədə olub. "Qarabağ"ın onu "Leqanes"dən almaq istədiyi və klublar arasında razılığın əldə edildiyi bildirilir.
Son xəbərlər
11:24
Mirzoyan: Ermənistan və Niderland gülçülük sahəsində potensiala malikdir
Region
11:22
Aydın Süleymanlı: "Avropa Kubokundakı çıxışımı uğurlu qiymətləndirmək olar"
Fərdi
11:17
Azərbaycan BƏƏ dövlət nazirinin BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəkləyib
Xarici siyasət
11:10
Foto
Azərbaycanda kibertəhlükəsizlik üzrə ixtisaslı yerli mütəxəssislər hazırlanacaq
İKT
11:09
Moratinos: Mədəniyyətlərarası dialoq olmadan davamlı sülh mümkün deyil
Xarici siyasət
11:08
Apellyasiya məhkəməsi: Zərər ödənilib barışıq olarsa, məhkəmə humanistlik göstərə bilər
Daxili siyasət
11:07
Tbilisidə II Beynəlxalq Maliyyə Zirvəsi keçirilir
Region
11:07
Milli Məclis borc tələbinin qiymətli kağızlara yönəldilməsini III oxunuşda qəbul edib
Milli Məclis
11:06
Parlamentdə təhlükəli mallarla bağlı tədbirlər dairəsinin müəyyənləşdirilməsi son oxunuşdan keçib
Milli Məclis