"Latsio" "İnter"i məğlub edərək, liderliyə yüksəlib
Futbol
- 26 avqust, 2022
- 20:44
Futbol üzrə İtaliya A Seriyasında III turun mərkəzi görüşü "Latsio" və "İnter" komandaları arasında keçirilib.
"Report"un məlumatına görə, Roma şəhərindəki "Olimpiko" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:1.
İlk yarıda yeganə qolu 40-cı dəqiqədə "Latsio"dan Felipe Anderson vurub. 51-ci dəqiqədə Lautaro Martines hesabı bərabərləşdirsə də, Luis Alberto 75-ci, Pedro isə 86-cı dəqiqədə fərqlənərək, yekun nəticəni müəyyənləşdiriblər.
Bununla da xalını 7-yə çatdıran "Latsio" liderliyə yüksəlib. İlk məğlubiyyətini alan "İnter" isə 6 xalla 4-cüdür.
Son xəbərlər
06:43
Ceyhun Bayramov Antonio Quterreşlə görüşüb
Xarici siyasət06:28
Pentaqon: İrana qarşı əməliyyatlarda ABŞ-nin 861 hərbçisi yaralanıb
Digər ölkələr06:15
Yeni Kaledoniya sahillərində güclü zəlzələ olub
Digər ölkələr05:41
Yəmən husilərə qarşı ümumi səfərbərlik çağırışı edib
Digər ölkələr05:09
Pezeşkian: İran artıq ABŞ-yə etibar etmir
Region04:38
Mbappe zədə səbəbindən Fransa millisindən ayrılacaq
Futbol04:17
Moldovada enerji böhranı təhlükəsi ilə bağlı fövqəladə vəziyyət elan olunub
Digər ölkələr03:48
Bundesrat Almaniyada yanacaq vergisinin azaldılmasını təsdiqləyib
Digər ölkələr03:28