La Liqa təmsilçisinin məşqi oğurluq səbəbindən təxirə salınıb
Futbol
- 05 may, 2025
- 20:48
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya təmsilçisi "Rayo Valyekano"nun bu günə planlaşdırılan məşqi oğurluq səbəbindən təxirə salınıb.
"Report" "Unión Rayo" nəşrinə istinadən xəbər verir ki, futbolçular məşqdən öncə paltardəyişmə otağına daxil olublar və orada 1 saat vaxt keçiriblər.
Məlum olub ki, bu müddət ərzində klubun idman direktoru və futbolçular arasında iclas olub.
Səbəb isə bazada oğurluq hadisəsinin baş verməsidir. Oğurluq zamanı bəzi futbolçuların butsları və digər avadanlıqları yoxa çıxıb. Hadisənin üzərindən 3 saat keçsə də, hadisə yerinə polis gəlməyib. Ardınca futbolçular yavaş-yavaş bazanı tərk etmək məcburiyyətində qalıblar.
Daha sonra kollektivin məşq ləvazimatları bərpa olunub.
Son xəbərlər
09:53
Azərbaycan Hava Yolları 2026-cı ilin ilk doqquz ayını artımla başa vurub
Digər
09:52
Yəməndə son sutka ərzində husilərin hücumları nəticəsində 5 nəfər ölüb
Digər ölkələr
09:50
"ASAN xidmət"in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir
Sosial müdafiə
09:42
UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası növbəti oyununu keçirəcək
Futbol
09:42
İran ABŞ blokadasına baxmayaraq, 5 milyon tondan çox neft məhsulu ixrac edib
Energetika
09:40
"Yapı Kredi Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb
Maliyyə
09:37
Kamal Umudlu "Roma" – "Real" oyununu idarə edəcək
Futbol
09:34
Şri-Lankanın XİN rəhbəri Azərbaycana səfər edəcək
Digər ölkələr
09:34
AMB kredit riskləri ilə bağlı son qərarını şərh edib
Maliyyə