Konfrans Liqasında 1/4 final və yarımfinalın püşkü atılıb

Konfrans Liqasında 1/4 final və yarımfinalın püşkü atılıb UEFA Konfrans Liqasında 1/4 finalın püşkü atılıb.
Futbol
17 mart 2023 13:12
Konfrans Liqasında 1/4 final və yarımfinalın püşkü atılıb

UEFA Konfrans Liqasında 1/4 finalın püşkü atılıb.

"Report"un məlumatına görə, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçirilən mərasimdə bu raundda üz-üzə gələcək komandalar bəlli olub.

Əvvəlki mərhələlərdən fərqli olaraq, bu dəfə istənilən kollektiv bir-birilə rəqib ola biləcək.

UEFA Konfrans Liqası
1/4 final

"Lex" (Polşa) - "Fiorentina" (İtaliya)

"Gent" (Belçika) - "Vest Hem" (İngiltərə)

"AZ Alkmaar" - "Anderlext" (Belçika)

"Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)

Püşkatma nəticəsində yarımfinal cütlükləri və finalın nominal meydan sahibləri də müəyyənləşib.

Yarımfinal

"Lex" (Polşa) - "Fiorentina" (İtaliya) / "Bazel" (İsveçrə) - "Nitsa" (Fransa)

"Gent" (Belçika) - "Vest Hem" (İngiltərə) / "AZ Alkmaar" - "Anderlext" (Belçika)

Final

1-ci cütün qalibi - 2-ci cütün qalibi

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 13-də, cavab matçları bundan bir həftə sonra gerçəkləşəcək. Yarımfinal görüşləri mayın 11-i və 18-də olacaq. Turnirin final görüşü isə iyunun 7-də Çexiyanın paytaxtı Praqadakı "Eden Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi