Klublar Komitəsinə yeni sədr seçiləcək
Futbol
- 28 avqust, 2024
- 07:43
"Sabah"ın prezidenti Maqsud Adıgözəlovun Klublar Komitəsinin sədri kimi səlahiyyət müddəti başa çatıb.
Bu barədə "Report"a açıqlamasında funksioner bildirib.
Onun sözlərinə görə, qurumda yeni sədrin seçilməsi məsələsi növbəti iclasda müzakirə ediləcək.
Maqsud Adıgözəlov avqustun 23-də baş tutan son toplantı barədə də danışıb:
"Komitənin gələcəkdə daha effektli fəaliyyət göstərməsi istiqamətində bəzi müzakirələr aparıldı. Hələlik hər hansı qərar qəbul edilməyib. Qarşıdakı görüşlərdə bu dəyişikliklərin hansı formada olacağına tam aydınlıq gələcək. Bu dəyişikliklər klubların təklifləri, ümumi müzakirə nəticəsində müəyyənləşdiriləcək".
Qeyd edək ki, Maqsud Adıgözəlov 2023-cü il oktyabrın 19-da Klublar Komitəsinin sədri seçilib.
Son xəbərlər
11:43
"Turan Tovuz"un futbolçusu 999 gündən sonra ilkə imza atıb
Futbol11:42
SOCAR qazma əməliyyatlarında yeni rekord göstərici əldə edib
Energetika11:36
İlham Əliyev Avstraliyanın general-qubernatorunu təbrik edib
Xarici siyasət11:34
Xaricə pul köçürmələri – daha çox ölkəyə, daha sərfəli şərtlərlə!
Maliyyə11:33
Azərbaycandan Böyük Britaniyaya balıq məhsulları ixrac ediləcək
Sağlamlıq11:32
Foto
Video
Bakıda 7 küçədə üzərində evlər tikilən su-kanalizasiya xətlərinin yeri dəyişdirilir
İnfrastruktur11:29
Bakıda hoteldə 30 yaşlı ofisiant qətlə yetirilib
Hadisə11:28
Qazaxıstan "ExxonMobil"i "Tengiz"dəki qəzanın nəticələrini aradan qaldırmağa çağırıb
Region11:27