KİV: Mbappenin burun sümüyü sınıb, əməliyyat olunacaq

Futbol
  • 18 iyun, 2024
  • 00:38
KİV: Mbappenin burun sümüyü sınıb, əməliyyat olunacaq

Fransa millisinin hücumçusu Killian Mbappe Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ilk turunda, Avstriya (1:0) ilə qarşılaşmada burun sümüyünü sındırıb və cərrahi əməliyyat olunacaq.

“Report” xəbər verir ki, bu barədə Fransanın “L'Equipe” qəzeti məlumat yayıb.

Matçın son dəqiqələrində Mbappe rəqib komandanın oyunçusu ilə toqquşub və burnundan zədə alıb. Futbolçu meydana qayıda bilməyib və əvəzlənib.

Cərrahi əməliyyatın yaxın vaxtlarda aparılacağı bildirilir.