Kipr Futbol Federasiyasının prezidenti korrupsiya iddiaları fonunda istefa verib
Futbol
- 04 iyun, 2025
- 14:45
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Kipr Futbol Federasiyasının (CFA) prezidenti Giorgos Koumas korrupsiya iddiaları və televiziya hüquqları üzərində potensial maraqların toqquşması ilə bağlı davam edən cinayət araşdırması fonunda istefa verdiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Sabiq federasiya prezidenti vəzifəsindən ayrılmaq qərarını əvvəlcədən CFA İcraiyyə Komitəsinə bildirib. Onun istefasına artan ictimai təzyiq, eləcə də şəxsi mülahizələr səbəb olub.
Koumas vəzifəsindən getməsinə baxmayaraq, FIFA Şurasının və UEFA İcraiyyə Komitəsinin üzvü olaraq qalır.
Qeyd edək ki, G.Koumas 2018-ci ildən Kipr Futbol Federasiyasının prezidenti vəzifəsində çalışıb.
Son xəbərlər
08:06
Antarktida sahillərində güclü zəlzələ olub
Digər ölkələr
07:49
Yaponiya məktəbliləri arasında intihar halları artıb
Digər ölkələr
07:17
Braziliya kəşfiyyatı 31 iri cinayətkar təşkilatı aşkarlayıb
Digər ölkələr
06:43
Donald Tramp: ABŞ İranda rejim dəyişikliyinə can atmır
Digər ölkələr
06:08
Tramp: Yanvarın sonunadək İrana qarşı hərbi əməliyyatlar üçün vəsait mövcuddur
Digər ölkələr
05:39
"Real" qələbə seriyasını on matça çatdırıb
Futbol
05:22
ABŞ-də hərbi bazada kütləvi qətldə ittiham olunan şəxs edamın təxirə salınmasını istəyir
Digər ölkələr
04:54
Donald Tramp ABŞ-nin "Nvidia"da pay almasını istisna etməyib
Digər ölkələr
04:12
Britaniya və Ukrayna birlikdə hücum dronları istehsal edəcəklər
Digər ölkələr