"Keşlə"nin baş məşqçisi: "Kubokdan sonra bərpa olunmaq çətin idi"

"Keşlə"nin baş məşqçisi: "Kubokdan sonra bərpa olunmaq çətin idi" "Neftçi"də istedadlı oyunçular var"
Futbol
3 May , 2021 20:14
Keşlənin baş məşqçisi: Kubokdan sonra bərpa olunmaq çətin idi
Sənan Qurbanov

"Sıx qrafiklə oynayırıq. Oyunçu dəyişmək şansımız azdır. Futbolçulara güc düşür. Kubokda 120 dəqiqə meydanda olduq. Bərpa olunmaq çətin idi. "Neftçi"də istedadlı oyunçular var. Belə hesabla uduzmaq bizi üzür. Oyunu təhlil edəcəyik".

"Report" xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Neftçi"yə 0:3 hesabı ilə uduzduqları Premyer Liqanın XXV tur matçından sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis qol imkanlarından yararlana bilmədiklərini söyləyib: "Futbolda əsəbi hallar olur. Bütün köməkçilər dəyərlidir. Hirsli vaxtımızda bir-birimizin yanındayıq. Kimə hirsləndiyimi xatırlamıram".

Qurbanov görüş ərzində boşluqlar buraxdıqlarını sözlərinə əlavə edib: "Buna görə əsəbiləşmişdik. Bəzən hər şey istədiyimiz kimi olmur. Çalışacağıq ki, səhvlər komandaya mənfi təsir etməsin. Pozitivliyi qorumalıyıq".

Son xəbərlər

Orphus sistemi