"Keşlə"dən ayrılan futbolçu: "Maaşı soruşanda, ancaq "gözləyin" deyirdilər"

"Keşlə"dən ayrılan futbolçu: "Maaşı soruşanda, ancaq "gözləyin" deyirdilər" "Klubda maliyyə vəziyyəti yaxşı deyildi. 3 aydır maaş verilmirdi".
Futbol
22 Dekabr , 2020 15:55
Keşlədən ayrılan futbolçu: Maaşı soruşanda, ancaq gözləyin deyirdilər

"Klubda maliyyə vəziyyəti yaxşı deyildi. 3 aydır maaş verilmirdi".

Bunu "Report"a açıqlamasında ötən ay "Keşlə"dən ayrılmış futbolçu Artur Batista deyib.

Komandadan gedişinin səbəbi barədə danışan braziliyalı müdafiəçi bunun məvaciblə bağlı olduğunu bildirib: "Klubun mənə borcu var idi. Son 3 ayın maaşı ödənilməyib. Pulla bağlı sual verəndə ancaq "gözləyin" deyirdilər. Bu isə düzgün hərəkət deyil. Mən legioner oyunçuyam, maaş gecikəndə istər-istəməz problem olur".

24 yaşlı futbolçu məşqlərə istəksiz çıxdığını söyləyib: "Bu amil oyunuma da təsir edirdi. Özümü yaxşı tərəfdən göstərə bilmirdim. Ona görə də klub rəhbərliyinə getmək istədiyimi bildirdim. Nəticədə müqaviləyə xitam verildi".

Qeyd edək ki, Artur Batista ilə yanaşı, onun həmyerlisi Alvaro Tavares və özbəkistanlı yarımmüdafiəçi Şaxruh Qadoyev də "Keşlə"ni eyni səbəbdən tərk edib.

Son xəbərlər

Orphus sistemi