Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir”

Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir” “Gent”i “Qarabağ”la oyunda favorit hesab edirəm”.
Futbol
2 Dekabr , 2022 16:46
Kenni Sayef: “Gent” “Qarabağ”la oyunda favoritdir”

“Gent”i “Qarabağ”la oyunda favorit hesab edirəm”.

Bunu “Report”a müsahibəsində “Neftçi”nin futbolçusu Kenni Sayef UEFA Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın Belçika klubu “Gent” önündə şansları ilə bağlı danışarkən deyib.

29 yaşlı yarımmüdafiəçi 2014-2018-ci illərdə formasını geyindiyi “Gent”in bu cütlükdə favorit olduğunu düşünür. İsrailli oyunçu Azərbaycan çempionunun da rəqibinə müqavimət göstərəcəyinə inanır: “Hər iki komanda çox güclüdür, taktiki baxımdan yaxşı təşkilatlanıblar. Maraqlı duel olacaq. “Gent” adətən avrokuboklarda uğurlu çıxış edir. Bu cütlükdə də Belçika klubunu üstün görürəm. Ancaq heç kim deyə bilməz ki, “Qarabağ” onlar üçün asan rəqib olacaq”.

Qeyd edək ki, “Qarabağ”la “Gent” arasında ilk oyun 2023-cü il fevralın 16-da Bakıda, cavab görüşü isə bir həftə sonra Gentdə keçiriləcək.

Kenni Sayefin müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi