Portuqaliya "Sportinq"i hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən sabiq futbolçusu Kriştianu Ronaldunu geri qaytarmaq istəyir.
"Report" "Daily Mail" nəşrinə istinadən xəbər verir ki, Lissabon təmsilçisi 37 yaşlı hücumçuya rəsmi təklif göndərib. Lakin klubun maliyyə durumu hələlik təcrübəli forvardı transfer etməyə imkan vermir.
Bildirilib ki, "Sportinq" ən yaxşı halda, Ronaldunun azad agent olmasını gözləməlidir. Portuqaliyalı oyunçunun "qırmızı şeytanlar"la müqaviləsi cari mövsümün sonunda başa çatacaq.
Qeyd edək ki, 1997 - 2002-ci illərdə "Sportinq"in formasını geyinmiş Kriştianu Ronaldu 31 oyunda 5 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb. Daha sonra "Mançester Yunayted"ə keçən ulduz futbolçu İspaniyanın "Real Madrid" və İtaliyanın "Yuventus" klublarında da çıxış edib.