"Neftçi"ni qələbə münasibətilə təbrik edirəm. Birinci qarşılaşmaya baxanda, hər iki komanda bu gün daha yaxşı oyun göstərdi. Çox gərin matç oldu. Səhvlərimizin nəticəsində uduzduq".
"Report"un məlumatına görə, bu fikirləri Gürcüstanın "Dinamo" (Tbilisi) klubunun baş məşqçisi Kaxaber Tsxadadze Bakıda "Neftçi"yə 1:2 hesabı ilə uduzduqları UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
53 yaşlı mütəxəssis bildirib ki, məğlubiyyət bütün komandanın günahıdır: "Kimisə fərqləndirmək olmaz. "Neftçi"nin gələcəyi barədə isə heç nə deyə bilmərəm. Bu komandanı, onun prezidentini çox gözəl tanıyıram. Yaxşı münasibətlərimiz var".
Tsxadadzenin sözlərinə görə, heç bir komandaya bu qədər ciddi səhvlər buraxmaq olmaz: "Penalti vuran komanda qalib gəlməlidir. "Neftçi" hər iki görüşdə bunu etdi və qələbə qazandı".
Mütəxəssis vaxtı ilə futbolçusu olmuş Samir Abasova məğlub olmasına da münasibət bildirib: "Futbol komanda oyunudur, boks deyil. Biz Samirlə dalaşmamışıq. Sadəcə, futbol oynamışıq. Xahiş edirəm, ciddi suallar verin".