İtaliyada qeyri-qanuni platformalarda mərc və qumar oynadıqlarına görə cəzalandırıla biləcək futbolçuların siyahısı yenilənib.
"Report"un məlumatına görə, siyahını "Corriere della Sera" nəşri tərtib edib.
Milan prokurorları 2021-2023-cü illər aralığında A Seriyasında çıxış etmiş 12 oyunçu ilə bağlı araşdırma aparır. Onlar mərc və onlayn poker oynamaqda ittiham edilirlər.
Şübhəlilərin siyahısı futbolçuların smartfonları yoxlanıldıqdan sonra formalaşıb. Bunlar Uestin Makkenni, Mattia Perin, Anxel Di Maria, Leandro Paredes, Alessandro Florenzi, Nikolo Zaniolo və bir neçə oyunçudur.
Onlar hamısının qeyri-qanuni platformalarda idman mərcləri qoymadığı diqqətə çatdılırıb. Bəziləri onlayn poker və kazino oyunları oynayıblar. Bu kateqoriyadan olanların isə diskvalifikasiya olunmaq ehtimalı azdır. Qanuna görə, onlar maksimum 20 min avro cərimə oluna bilərlər.
Futbolçuların oynadığı qeyri-qanuni bukmeker kontorları uzun müddətdir istintaq altında olan Sandro Tonali və Nikolo Facolini qeyri-rəsmi şəkildə reklam da edib.