İtaliya klubu "Mançester Yunayted"in futbolçusunu transfer etmək istəyir
Futbol
- 03 noyabr, 2025
- 09:16
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İtaliyanın "Napoli" klubu İngiltərə təmsilçisi "Mançester Yunayted"in futbolçusu Kobbi Maynunu transfer etmək istəyir.
"Report" "Daily Mirror"a istinadən xəbər verir ki, hazırkı ölkə çempionu 20 yaşlı yarımmüdafiəçini 2026-cı ilin yanvarında icarəyə götürmək niyyətindədir.
Neapol təmsilçisi hətta ingiltərəli oyunçunun həftəlik 40 min avro olan maaşını da ödəməyə hazırdır.
Kobbi Maynu "qırmızı şeytanlar"da az forma şansı əldə etdiyi üçün komandadan ayrılmaq istəyir. O, DÇ-2026-da İngiltərə yığmasının heyətində yer almağı planlaşdırır.
Qeyd edək ki, Kobbi Maynunun "Mançester Yunayted"lə müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.
Son xəbərlər
02:07
Qazaxıstanda yerli nümayəndəlik orqanlarına növbədənkənar seçkilər keçiriləcək
Region
01:41
NYT: FIFA Trampa təqdim etdiyi sülh mükafatını ləğv edə bilər
Digər ölkələr
01:16
Serbiyada avtomobil yollarından istifadə haqqı 4 faiz artırılacaq
Digər ölkələr
00:40
İlon Mask: USAID-in fəaliyyəti çoxsaylı insanın ölümünə səbəb olub
Digər ölkələr
00:03
"Mercedes-Benz" işçilərinə könüllü işdən ayrılmaq üçün 422 min avroyadək təzminat təklif edəcək
Digər ölkələr
23:48
Abdallah Sima Fransa çempionatında 12 ildən sonra bir oyunda beş qol vuran ilk futbolçu olub
Futbol
23:33
Corc Rassell Qətər Qran-prisinin sıralanma turunun qalibi olub
Formula 1
23:24
Britaniyada Əmək və Pensiya Nazirliyinin onlayn xidmətləri kiberhücum səbəbindən işləmir
Digər ölkələr
23:06
Video
Paşinyan parlament müxalifətini Azərbaycanla sülhə gedən yolda son maneə adlandırıb
Region