İtaliya klubları avrokuboklarda 40-cı titulu qazanıb

İtaliya klubları avrokuboklarda 40-cı titulu qazanıb İtaliya klubları avrokuboklarda ümumilikdə 40-cı titulunu qazanıb.
Futbol
23 May , 2024 10:43
İtaliya klubları avrokuboklarda 40-cı titulu qazanıb

İtaliya klubları avrokuboklarda 40-cı titulu qazanıb.

"Report" Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasına (IFFHS) istinadən xəbər verir ki, bu, İtaliyanın "Atalanta" klubunun UEFA Avropa Liqasının finalında Almaniya "Bayer 04"nü məğlub etməsi ilə reallaşıb.

Can Pyero Qasperininin rəhbərlik etdiyi kollektiv həmçinin "Parma"dan (1999-cu il) sonra UEFA Kuboku/Avropa Liqasını qazanan ilk İtaliya komandası ünvanına yiyələnib.

"Atalanta" daha bir maraqlı statistika ilə tarixə düşüb. İlk dəfə 1963-cü il sentyabrın 4-də UEFA bayrağı altında keçirilən yarışlarda debüt edən klub finalda oynamaq üçün 60 il 261 gün gözləməli olub. Bu da UEFA-nın təşkil etdiyi yarışlarda debüt matçı ilə ilk final arasındakı ən uzun müddətdir.

Qeyd edək ki, UEFA Avropa Liqasının ötən gün İrlandiyanın paytaxtı Dublində keçirilən "Atalanta" - "Bayer 04" matçı italiyalıların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi