İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib

İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib Fransa çempionu PSJ transfer pəncərəsinin son günündə keçid reallaşdırıb.
Futbol
31 Avqust , 2022 23:03
İspaniyalı futbolçu PSJ ilə müqavilə bağlamaq üçün Fransaya gedib

Fransa çempionu PSJ transfer pəncərəsinin son günündə keçid reallaşdırıb.

"Report" xəbər verir ki, Paris klubu İspaniyanın "Valensiya" klubundan 25 yaşlı yarımmüdafiəçi Karlos Soleri heyətinə qatıb.

Bunun üçün 18 milyon avro ödəniləcək. Müqavilə 2027-ci ilin iyununadək qüvvədə olacaq. Futbolçunun artıq İspaniyadan Fransanın paytaxtına yollandığı anın görüntüləri yayılıb.

PSJ həmçinin argentinalı dayaq yarımmüdafiəçisi Leandro Paredesi mövsümün sonunadək İtaliyanın "Yuventus" klubuna icarəyə verib.

Son xəbərlər

Orphus sistemi