İspaniyalı baş məşqçi: Seriyanın davamı üçün Azərbaycan önündə oyunumuzu yaxşılaşdırmalıyıq

İspaniyalı baş məşqçi: Seriyanın davamı üçün Azərbaycan önündə oyunumuzu yaxşılaşdırmalıyıq Uğurlu seriyanın davamı üçün Azərbaycan önündə oyunumuzu yaxşılaşdırmalı və keyfiyyətimiz artırmalıyıq.
Futbol
19 Mart , 2024 13:44
İspaniyalı baş məşqçi: Seriyanın davamı üçün Azərbaycan önündə oyunumuzu yaxşılaşdırmalıyıq

Uğurlu seriyanın davamı üçün Azərbaycan önündə oyunumuzu yaxşılaşdırmalı və keyfiyyətimizi artırmalıyıq.

“Report”un məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Ukrayna millisinin baş məşqçisi Unay Melqosa Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığmasına qarşı keçiriləcək səfər oyunu barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis Ukrayna Futbol Assosiasiyasının rəsmi saytına açıqlamasında 2023-cü ilin noyabrında Mursiyada millimizi 1:0 hesabı ilə məğlub etdikləri matçı da xatırlayıb: “Azərbaycanla ilk görüşdə çalışdıq və çətinlik çəkmədən rəqibə problem yaratmağın yolunu tapdıq. Bilirdik ki, onlar müdafiə olunacaqlar. Bu üzdən əks-hücumlara hazır idik”.

Baş məşqçi F qrupu çərçivəsində martın 22-də keçiriləcək Azərbaycan – İngiltərə qarşılaşması üçün Bakıya nümayəndə göndərməyəcəklərini sözlərinə əlavə edib: “Həmin vaxt biz Antalyada Mərakeşin U-23 komandası ilə yoldaşlıq oyunu keçirəcəyik. Azərbaycan - İngiltərə görüşünə isə televiziya vasitəsilə baxacağıq”.

Qeyd edək ki, Azərbaycan – Ukrayna oyunu martın 26-da keçiriləcək. Millimiz həm İngiltərəni, həm də Ukraynanı “Azərsun Arena”da qəbul edəcək. Hazırda qrupda Ukrayna 15 xalla birinci, İngiltərə 12 xalla ikinci pillədədir. Azərbaycan millisi isə keçirdiyi 4 görüşdə 3 xal toplayıb.

Son xəbərlər

Orphus sistemi