"Atletiko"nun 21 yaşlı futbolçusu iki top-klubun maraq dairəsinə düşüb
Futbol
- 15 fevral, 2025
- 12:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İspaniya təmsilçisi "Atletiko"nun 21 yaşlı yarımmüdafiəçisi Pablo Barrios Avropanın iki top-klubunun maraq dairəsinə düşüb.
"Report" "Bild"ə istinadən xəbər verir ki, Almaniyanın "Bavriya" və İngiltərənin "Çelsi" klubları futbolçunu transfer etmək istəyir.
Hər iki klub yarımmüdafiəçi üçün 70 milyon avro təklif etməyə hazırdır. Ancaq P.Barriosun müqaviləsində 100 milyon avro məbləğində sərbəstqalma maddəsi var.
Qeyd edək ki, futbolçunun "Atletiko" ilə hazırkı müqaviləsinin müddəti 2028-ci ilə qədərdir. Cari mövsümdə o, Madrid klubunun heyətində 24 matçda iştirak edib və iki məhsuldar ötürmə müəllifi olub.
Son xəbərlər
04:31
Dünya çempionatında uğurla çıxış edən yunan-Roma güləşçilərimiz Vətənə dönüblər
Komanda
04:16
Estoniyada asfalt qıtlığı yaranıb, Tallində bir sıra yol təmiri işləri dayandırılıb
Digər ölkələr
03:36
Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq
Digər ölkələr
03:08
Liqa Kuboku: "Arsenal" dördüncü divizion klubuna uduzaraq mübarizəni dayandırıb
Futbol
02:31
Tramp Braziliyada prezident seçkilərinin nəticələrinə şübhə ilə yanaşıb
Digər ölkələr
02:03
Fransa Rumıniyanın müraciəti ilə Qara dəniz üzərində kəşfiyyat uçuşları həyata keçirəcək
Digər ölkələr
01:33
CNN Brasil: Bolsonaru ailəsi ilə birlikdə Braziliyadan qaçaraq ABŞ-yə gedib – Yenilənib
Digər ölkələr
01:16
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
Digər ölkələr
00:38
"Qarabağ" Abbas Hüseynovla yollarını ayırıb
Futbol