İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu bəlli olub.
"Report" yarışın rəsmi saytına istinadən xəbər verir k, bu ada "Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Brüyne layiq görülüb.
Qeyd edək ki, 31 yaşlı belçikalı oyunçu cari mövsüm Premyer Liqada 29 oyunda meydanda olub, 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.