İngiltərə Premyer Liqası: “Mançester Siti” “Tottenhem”i məğlub edərək, liderliyə yüksəlib
Futbol
- 14 may, 2024
- 23:38
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Premyer Liqasının XXXVII turunda “Mançester Siti” London təmsilçisi “Tottenhem”dən güclü olub.
"Report"un məlumatına görə, Böyük Britaniyanın paytaxtında, "Tottenhem Hotspur" stadionunda baş tutan görüş Xosep Qvardiolanın komandasının inamlı qələbəsi ilə yekunlaşıb - 2:0.
Bu qələbədən sonra “şəhərlilər” 88 xalla ən yaxın izləyicisi London “Arsenal”ını 2 xal qabaqlamaqla turnir cədvəlinə başçılıq edir. "Tottenhem" 63 xalla 5-ci pillədə qalıb və Çempionlar Liqasına vəsiqə şansını itirib.
Son turda “Mançester Siti” Londonun “Vest Hem” komandası ilə qarşılaşacaq. Oyun mayın 19-da Mançesterdə keçiriləcək və Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Son xəbərlər
07:26
ABŞ-də stadionda atışma zamanı bir neçə nəfər xəsarət alıb
Digər ölkələr
06:58
Tramp: Şimali Koreyanın "Binance" birjasına kiberhücumla əlaqəli olub-olmadığını bilmirik
Digər ölkələr
06:29
Hemilton 2023-cü ildən bəri ilk dəfə "Formula 1" Qran-prisinin təsnifat mərhələsinin qalibi olub
Formula 1
05:52
ABŞ Prezidenti İrana zərbələri bərpa etmək barədə suala cavab verməkdən yayınıb
Digər ölkələr
05:20
Tramp Mayamidə keçiriləcək G20 sammitinə Zelenskini dəvət etmək niyyətindədir
Digər ölkələr
04:55
FTB "Binance" birjasından edilən oğurluğu Şimali Koreyadan olan hakerlərin törətdiyindən şübhələnir
Digər ölkələr
04:23
Yaponiya sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
03:38
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
Digər ölkələr
03:12
Türkiyənin Kapital Bazarları Şurasına yeni sədr təyin edilib
Region