İngiltərə Premyer Liqası: “Liverpul” “Arsenal”la xal fərqini 13-ə çatdırıb

Futbol
  • 27 fevral, 2025
  • 02:35
İngiltərə Premyer Liqası: “Liverpul” “Arsenal”la xal fərqini 13-ə çatdırıb

İngiltərə Premyer Liqasının XXVII turunda “Liverpul” “Nyukasl”ı qəbul edib.

“Report” xəbər verir ki, “Enfild”də baş tutan matçı Kris Kavana idarə edib.

11-ci dəqiqədə macarıstanlı Dominik Soboslai kolumbiyalı Luis Diasın ötürməsindən maksimum yararlanaraq ev sahiblərini hesabda irəli çıxarıb. Mersisayd təmsilçisinin növbəti qolunu 63-cü dəqiqədə Məhəmməd Salahın dəqiq ötürməsindən sonra yarımmüdafiəçi Aleksis Mak Allister vurub və yekun hesabı müəyyənləşdirib - 2:0.

Beləliklə, 28 oyundan sonra liqanın lideri “Liverpul”un 67 xalı var. Komandanın ən yaxın təqibçisi “Arsenal”dır – 54 xal (27 oyun). “Topçular” son matçda “Nottingem Forest” səfərindən 1 xalla qayıdıblar.

“Sağsağanlar” isə 44 xalla (27 oyun) altıncı pillədə qərarlaşıblar.

44 - Tezliklə