İngiltərə Premyer Liqasının 19 turunun “Brayton” - “Tottenhem” oyununda 6 qol vurulub.
“Report” xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Matçda qolları Hinşelvud (11), Pedro (23 pen., 76 pen.), Estupinian (63), qonaqlardan isə Velis (81) və Devis (86) vurublar.
Hazırda “Brayton” 30 xalla turnir cədvəlində yeddincidir. Hesabında 36 xal olan “Tottenhem” isə 5-ci pillədə qərarlaşıb. Premyer Liqanın vahid lideri “Liverpul”dur. Mersisayd təmsilçisinin hesabında 42 xal var.