İngiltərə millisi tarixinin ən yaxşı baş məşqçiləri bəlli olub
Futbol
- 26 dekabr, 2023
- 05:08
Futbol üzrə İngiltərə millisi tarixinin ən yaxşı baş məşqçiləri açıqlanıb.
"Report" xəbər verir ki, "FourFourTwo" nəşrinin versiyasına əsasən, Alf Ramsey ilk pillədə qərarlaşıb.
O, 1966-cı ildə yığma ilə dünya çempionatının qalibi olub. Bu, İngiltərənin mundiallarda ilk və yeganə tituludur. Komandanın hazırkı baş məşqçisi, 2016-cı ildən bu postda olan Qaret Sautgeyt ikinci sıradadır.
1982-1990-cı illərdə millidə işləmiş Bobbi Robson ilk "3-lüy"ü qapayır. Terri Veneybls (1994-1996) dördüncü, Sven-Yoran Erikson (2001-2006) beşinci olub.
Ümumi siyahıda 15 mütəxəssis yer alıb. 2008-ci ildə AVRO-2008-ə vəsiqə qazana bilməyən Stiv Maklaren sonuncu pilləni tutub.
Son xəbərlər
08:48
Foto
Video
Zirədə söhbətgah yanıb
Hadisə08:41
Foto
Xaçmazda narkotikin təsiri altında avtomobil idarə edənlər həbs olunublar
Hadisə08:32
Video
Leyla Əliyeva Gəncə səfərindən paylaşım edib
Daxili siyasət08:22
Bakının bir sıra yollarında tıxac yaranıb
İnfrastruktur08:22
Kanada Baş nazirinin Pekinə səfərindən sonra Çindəki kanadalının ölüm hökmü ləğv edlib
Digər ölkələr08:02
Vuçiç Serb Respublikasının yeni prezidentini təbrik edib
Digər ölkələr07:55
Cənubi Koreyada hərbi helikopter qəzaya uğrayıb
Digər ölkələr07:19
RNZ: Yeni Zelandiyada məsciddə 51 nəfəri öldürən şəxs günahını boynuna almayıb
Digər ölkələr06:48