İngiltərə Kuboku: “Mançester Yunayted” hakimin şübhəli qərar verdiyi oyundan qalib ayrılıb
Futbol
- 07 fevral, 2025
- 22:18
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
İngiltərə Kubokunun 1/16 finalında “Mançester Yunayted” “Lester”i qəbul edib.
“Report” xəbər verir ki, baş hakim Maykl Solsberinin idarə etdiyi matç “Old Trafford”da baş tutub.
Hesabı “tülkülər” açıb: 42-ci dəqiqədə De Kordova-Rid qapıçı Onananı məyus edib. “Qırmızı şeytanlar”ın cavabı isə ikinci hissədə gəlib - 68-ci dəqiqədə Zirkze "status-kvo"nu bərpa edib. Oyunda son nöqtə isə 3-cü uzatma dəqiqəsində qoyulub - Brunu Alveşin ötürməsindən sonra Harri Maquayr topu tora göndərib. Videotəkrarda ingiltərəli futbolçunun ofsaydda olduğu ortaya çıxsa da, turnirin bu mərhələsində VAR olmadığına görə qol ləğv edilməyib.
Beləliklə, Ruben Amorimin yetirmələri İngiltərə Kubokunun 1/8 finalına vəsiqə qazanıblar.
Son xəbərlər
18:43
Foto
Türkiyədə narkotik əməliyyatı keçirilib, 40 nəfər saxlanılıb
Region
18:30
Moskvada terror aktı törətmək istəyən yeniyetmə saxlanılıb
Region
18:21
İran Hörmüz boğazının açılması ilə bağlı vasitəçilərlə məsləhətləşmələri davam etdirir
Region
18:06
Tayvanın sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib
Digər ölkələr
17:59
Almaniyada iğtişaşlardan sonra 54 nəfər saxlanılıb
Digər ölkələr
17:43
Rafinya Messinin uğurunu təkrarlayıb
Futbol
17:34
Türkiyədə 87 qanunsuz miqrant saxlanılıb
Region
17:16
Yeddi OPEC+ ölkəsi dekabrda neft hasilatına dair kvotaları saxlayıb
Digər ölkələr
17:04
Fransada iğtişaşlar zamanı 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb - Yenilənib
Digər ölkələr