İngiltərə Kuboku: “Mançester Siti” “Arsenal”ı məğlub edərək 1/8 finala yüksəlib
Futbol
- 28 yanvar, 2023
- 00:49
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Futbol üzrə İngiltərə kubokunun 1/16 finalında "Mançester Siti" "Arsenal"ı 1:0 hesabı ilə məğlub edib.
"Report" xəbər verir ki, qarşılaşmada yeganə qolu 64-cü dəqiqədə Natan Ake vurub.
Qeyd edək ki, 1/16 final mərhələsinin qalan oyunları yanvarın 28-dən 30-dək keçiriləcək. “Mançester Siti”nin növbəti rəqibi püşkatma ilə müəyyənləşəcək.
İngiltərə Kuboku 1871-ci ildən keçirilir və ən qədim futbol turnirlərindəndir. Qazanılan kubokların sayına görə rekord “Arsenal”a (14) məxsusdur, ikinci yeri “Mançester Yunayted” (12), üçüncü yeri “Liverpul”, “Çelsi” və “Tottenhem” (hər biri 8) bölüşürlər.
"Liverpul" ötən mövsüm "Çelsi"ni penaltilər seriyasında məğlub edərək, yarışın qalibi olub.
Son xəbərlər
01:18
SEPAH: Hörmüz boğazında üç neft tankerində partlayış olub
Region
01:05
Foto
Türkiyədə leysan yağışları bir sıra fəsadlara yol açıb
Region
00:58
"Bloomberg": Huanq rəhbərliklə razılaşdırılmadan "Nvidia"ya qaytarılıb
Biznes
00:22
NATO Rusiya raketlərinin düşməsindən sonra Polşaya "AWACS" kəşfiyyat təyyarəsi göndərəcək
Digər ölkələr
00:07
ABŞ bir həftə ərzində Hörmüz vasitəsilə 108 milyon barel neft daşındığını açıqlayıb
Digər ölkələr
23:59
Sumqayıtda avtomobilin vurduğu piyada ölüb
Hadisə
23:54
ABŞ doqquz ayda mayeləşdirilmiş təbii qaz ixracını 21 % artırıb
Digər ölkələr
23:31
ABŞ-də təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına 1,4 milyard dollardan çox vəsait ayrılıb
Digər ölkələr
23:12
Melaniya Tramp: Vaşinqton Ukrayna nizamlanmasına dair yeni təkliflər üzərində işləyir
Digər ölkələr