İngiltərənin "Brayton" klubu Almaniya təmsilçisi "Maynts 05"dən Brayan Qrudanı transfer edib.
"Report" Premyer Liqa klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Almaniyanın U-21 millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb.
"Brayton" klubu futbolçu üçün 25 milyon funt-sterlinq ödəyib.
Qeyd edək ki, 20 yaşlı hücumçu ötən mövsüm "Maynts 05"in heyətində 28 oyuna çıxıb, 4 qol vurub. O, Almaniyanın U-21 yığmasında 7 matçda bir qolla yadda qalıb.