"İmişli"nin köməkçi məşqçi və şef-skaut ilə yolları ayırmasının səbəbi məlum olub
Futbol
- 09 oktyabr, 2026
- 14:44
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
"İmişli" Futbol Klubunun köməkçi məşqçisi Zamir Həsənov və şef-skautu Rəsul Allahverdiyevlə yolları ayırmasının səbəbi məlum olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq bölgə təmsilçisinin mətbuat xidmətindən bildirilib.
Hər iki mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq və onların öz istəyi ilə xitam verilib:
"Zamir Həsənov milli komandadakı işinin çoxluğu, Rəsul Allahverdiyev isə şəxsi işlərinin sıxlığı ilə əlaqədar komandadan ayrılmaq qərarına gəliblər".
Qeyd edək ki, "İmişli" Misli Premyer Liqasında 4 xalla 8-ci sırada yer alıb.
Son xəbərlər
08:03
Prezident İlham Əliyev Hanoyda "İnqilab şəhidləri" abidəsini ziyarət edib
Xarici siyasət
07:58
"Qiyamət günü təyyarəsi" Trampı Asiya turunda müşayiət edib
Digər ölkələr
07:36
"Anthropic" ticarətin pik həddində bazar dəyərinə görə "SpaceX"i geridə qoyub
Maliyyə
07:09
"Axios": ABŞ-nin yeni milli kibertəhlükəsizlik direktoru təyin edilib
Digər ölkələr
06:34
Qızılın qiyməti 3 550 dollardan aşağı düşüb - Yenilənib-2
Maliyyə
06:14
Yeni Kaledoniya sahillərində zəlzələ olub
Digər ölkələr
05:57
"Nikkei"in indeksi 4,5 %-dən çox ucuzlaşıb
Maliyyə
05:09
Foto
Prezident İlham Əliyevin Vyetnama səfəri ilə əlaqədar Hanoyun küçələri Azərbaycan bayraqları ilə bəzədilib
Xarici siyasət
04:38
PSJ bir sıra futbolçularla müqavilələri uzatmağı planlaşdırır
Futbol