“İmişli”nin icraçı direktoru: Məqsədimiz stadionun təmirini çempionat başlayana kimi bitirməkdir

“İmişli”nin icraçı direktoru: Məqsədimiz stadionun təmirini çempionat başlayana kimi bitirməkdir Hədəfimiz stadionun təmirini çempionat başlayana kimi bitirməkdir
Futbol
11 İyul , 2024 15:51
“İmişli”nin icraçı direktoru: Məqsədimiz stadionun təmirini çempionat başlayana kimi bitirməkdir

Məqsədimiz stadionun təmirini çempionat başlayana kimi bitirməkdir.

Bunu “Report”a açıqlamasında “İmişli” klubunun icraçı direktoru Aqşin Mürsəlov İmişli şəhər stadionunun təmirə bağlanması ilə bağlı danışarkən deyib.

O, görüləcək işlərin siyahısını açıqlayıb:

“Bəzi qurumlara dəstək üçün müraciət etmişdik. Gördük dəstək yoxdur, vaxt da azdır. Ona görə də sponsorumuz öz hesabına stadionu təmir etdirmək qərarına gəldi. Gücümüzü komandanın formalaşdırılmasına yönəltmişik. Stadion məsələsi də bizim üçün vacibdir. Keçən ildən təmir planı var idi. Şirkətlər cəlb etdik. Sonda bu modelin daha yaxşı olduğunu düşündük. İmişli isti yerdir, təbii ot örtüyünü qorumaq vacibdir. Tablo quraşdırmaq məsələsini də müzakirə edirik. Amma qiymətlər müxtəlif olduğundan hələ konkret qərar verməmişik”.

İcraçı direktor MKT şirkətinin kluba güzəşt etdiyini söyləyib:

“Stadionu MKT şirkətindən uzunmüddətli icarəyə götürmüşük. Qüsur aktları tərtib etmişik, xərcləri göstəririk. Sağ olsunlar, bu məsələdə bizə güzəşt etdilər. Ciddi məbləğ xərcləyirik. Vacib və xərc aparan hissə meydandır. Bununla yanaşı, tribunalarda, ümumilikdə infrastrukturda təmir işləri aparılmalıdır. Stadion iki hissədən ibarətdir. Süni örtüklü meydanımız da var. AFFA-nın dəstəyi ilə oranı da təmir etmək istəyirik”.

A.Mürsəlov stadionun təmirinin nəzərdə tutduqları vaxta qədər yekunlaşmayacağı təqdirdə, qonşu rayonlara üz tuta biləcəklərini vurğulayıb:

“Havanın isti keçməsi işləri ləngidir. Çalışacağıq ki, yeni mövsümdə ilk ev oyunumuzu elə öz stadionumuzda keçirək. Alınmasa, yaxın rayonlardakı stadionlardan istifadə edə bilərik. Keçən il Saatlıda oynayırdıq”.

Qeyd edək ki, Azərbaycan I Liqasında yeni mövsümə sentyabrın 11-də start veriləcək.

Son xəbərlər

Orphus sistemi