İlk dəfə Bakıya gələcək fransalı referi "Bayer 04"ün məğlubiyyətinə şahidlik edib

İlk dəfə Bakıya gələcək fransalı referi "Bayer 04"ün məğlubiyyətinə şahidlik edib Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək
Futbol
5 Mart , 2024 10:46
İlk dəfə Bakıya gələcək fransalı referi Bayer 04ün məğlubiyyətinə şahidlik edib

UEFA Avropa Liqasının 1/8 final mərhələsində "Qarabağ" - "Bayer 04" (Almaniya) matçına təyinat alan fransalı Benua Bastyen ilk dəfə Azərbaycan təmsilçilərinin oyununu idarə edəcək.

"Report"un məlumatına görə, 2014-cü ildən FIFA referisi olan ədalət təmsilçisi daha əvvəl Leverkuzen klubunun avrokubok görüşündə iş başında olub.

O, komandanın 2019/2020 mövsümündə evdə İtaliya təmsilçisi "Yuventus"a 0:2 hesabı ilə uduzduğu UEFA Çempionlar Liqasının qrup mərhələsinin qarşılaşmasına təyinat almışdı.

Bastyen cari mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində bir, qrupda iki, Avropa Liqasının qrupunda isə iki matç idarə edib.

Qeyd edək ki, martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Bayer 04” oyunu saat 21:45-də başlayacaq. Komandalar arasında cavab görüşü martın 14-də Leverkuzendə təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi