Bakı "İnter"i sabiq futbolçusu ilə yenidən müqavilə bağlayıb

Futbol
  • 22 yanvar, 2016
  • 14:05
Bakı İnteri sabiq futbolçusu ilə yenidən müqavilə bağlayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Bakının "İnter" klubu sabiq futbolçusu Sezar Meza Kolli ilə əməkdaşlığı bərpa edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, paraqvaylı yarımmüdafiəçi ilə mövsümün sonunadək müqavilə bağlanılıb. 

25 yaşlı oyunçu hazırda Türkiyənin Antalya bölgəsində komanda ilə birgə hazırlıq keçir.