Futbol üzrə Azərbaycan I Divizionunda bütün medalçılar müəyyənləşib.
"Report"un məlumatına görə, "Neftçi-2"nin çempionluğunun ardından vitse-çempion və bürünc mükafatçı da müəyyənləşib. Buna XXVI turun "Turan Tovuz" - "Zaqatala" görüşündə aydınlıq gəlib. Səfər matçından 2:1 hesablı qələbə ilə ayrılan "Zaqatala" xalını 56-ya çatdıraraq, gümüş medala yiyələnib. 48 xala malik "Turan Tovuz" isə bürünc medalla kifayətlənib.
"Sabah-2" səfərdə "Neftçi" üzərində qələbə qazansa da, 45 xalla 4-cü pillədə qalıb. Lakin bu komanda özündən 3 xal irəlidəki "Turan Tovuz"u keçə bilməyəcək. Səbəb Tovuz komandasının paytaxt təmsilçisi üzərində şəxsi oyunlardakı üstünlüyüdür.
Digər oyunlara gəldikdə, "Keşlə-2" "Kəpəz"ə eyni hesabla, "Sumqayıt-2" isə "Qarabağ-2"yə minimal hesabla qalib gəlib. "Neftçi-2" evdə "Sabah-2"yə uduzub - 2:3. "Qaradağ Lökbatan" isə MOİK-i 3:1 hesabı ilə yenərək, xalını 26-ya çatdırıb və 7-ci pilləyə yüksəlib. Əvəzində 25 xala malik "Kəpəz" 8-ci, 21 xalı olan MOİK 10-cu pilləyə enib.
I Divizion, XXVI tur
11 may (çərşənbə axşamı)
15:30. “Sumqayıt-2” – “Qarabağ-2” - 1:0
Qol: Tahir Zeynalov, 71
Qırmızı vərəqə: Seyxan Fərəcov, 85 ("Qarabağ-2")
Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Taleh Məmmədov, Rəşad Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Kapital Bank Arena” (ehtiyat meydança)
16:00. “Keşlə-2” – “Kəpəz” - 2:1
Qollar: Samir Abdullayev, 2; 15 - Emil Qasımov, 49
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Rauf Allahverdiyev
Hakim-inspektor: Zöhrab Qədiyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASK Arena”
16:00. “Qaradağ Lökbatan” – MOİK - 3:1
Qollar: Samir Ağayev, 11. Cavid Nəcizadə, 13. Sabir Allahquliyev, 71 - Elvin Nəsibov, 74
Qırmızı vərəqə: Hüseyn Hüseynli, 46 (MOİK)
Hakimlər: Kamranbəy Rəhimov, Rəhman İmami, Vüsal Məmmədov, Səbuhi Bayramov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu
16:00. “Turan Tovuz” – “Zaqatala” - 1:2
Qollar: Vidadi Cəfərov, 20 - Nicat Oruclu, 8. Roini İsmayılov, 24
Hakimlər: Nicat İsmayıllı, Elmin Süleymanov, Teymur Teymurov, Tural Qurbanov
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu
16:00. “Neftçi-2” - “Sabah-2” - 2:3
Qollar: Ramin Nəsirli, 59. Famil Camalov, 65 - Samir Məhərrəmli, 45+1. Arsen Ağacanov, 80. Kamran Quliyev, 83 (pen.)
Hakimlər: Rövşən Rəcəbov, Kərim Zeynalov, Ruslan Quliyev, Kamal Umudlu
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: İlham Əliyev
Türk Hava Yolları Futbol Mərkəzi (IV meydança).
Turnir cədvəli
N | Klublar | O | Q | H | M | T-F | X |
1 | Neftçi-2 | 26 | 19 | 4 | 3 | 60-17 | 61 |
2 | Zaqatala | 26 | 18 | 2 | 6 | 54-30 | 56 |
3 | Turan Tovuz | 26 | 13 | 9 | 4 | 38-21 | 48 |
4 | Sabah-2 | 26 | 14 | 3 | 9 | 47-36 | 45 |
5 | Qarabağ-2 | 26 | 10 | 4 | 12 | 30-27 | 34 |
6 | Keşlə-2 | 26 | 9 | 3 | 14 | 31-53 | 30 |
7 | Qaradağ Lökbatan | 26 | 7 | 5 | 14 | 28-41 | 26 |
8 | Kəpəz | 26 | 6 | 7 | 13 | 29-38 | 25 |
9 | Sumqayıt-2 | 26 | 5 | 6 | 15 | 25-48 | 21 |
10 | MOİK | 26 | 5 | 5 | 16 | 29-60 | 20 |
BOMBARDİRLƏR: Vidadi Cəfərov ("Turan Tovuz") - 17, Bəhruz Teymurov ("Zaqatala") - 14, Fərid Kərimzadə ("Sabah-2"), Kamran Quliyev ("Sabah-2") - hər ikisi 11, Famil Camalov ("Neftçi-2") - 9, Xəqani Sadıxov ("Zaqatala"), Vüsal Əsgərov ("Neftçi-2"), Elvin Nəsibov (MOİK) - hər üçü 8, Əsədulla Heydərov ("Zaqatala"), Asim Əlizadə ("Neftçi-2") - hər ikisi 7 qol.