“Hatayspor”un məşqçisi: “Renat Dadaşov bizim daimi penalti vuran oyunçumuzdur”

“Hatayspor”un məşqçisi: “Renat Dadaşov bizim daimi penalti vuran oyunçumuzdur” “Renat Dadaşov bizim daimi penalti vuran oyunçumuzdur”.
Futbol
11 Dekabr , 2023 16:20
“Hatayspor”un məşqçisi: “Renat Dadaşov bizim daimi penalti vuran oyunçumuzdur”

“Renat Dadaşov bizim daimi penalti vuran oyunçumuzdur”.

“Report” xəbər verir ki, bunu Türkiyənin “Hatayspor” klubunun məşqçisi Gökhan Kağıtçıoğlu Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun Superliqanın XV turunda “Başakşəhər”lə səfər oyununda penaltini qola çevirə bilməməsi ilə bağlı danışarkən deyib.

Baş məşqçi Volkan Dəmirəl cəzalı olduğu üçün komandanı meydana çıxaran mütəxəssis 24 yaşlı hücumçudan razılıq bildirib: “O, indiyə qədər bütün penalti zərbələrini qola çevirmişdi. Dadaşov çox güvəndiyimiz futbolçudur. Futbolda belə hallar olur. Düşünürəm ki, son dəqiqələrdəki yorğunluq və təzyiq zərbəni qola çevirə bilməməsində rol oynadı”.

Qeyd edək ki, Renat Dadaşovun 90+9-cu dəqiqədə penaltini qaçırdığı görüşdə “Başakşəhər” 1:0 hesablı qələbə qazanıb. “Hatayspor” hazırda 18 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi