Harri Keyn Çempionlar Liqasında Levandovski və Van Nistelroyun göstəricisini təkrarlayıb
Futbol
- 14 oktyabr, 2026
- 12:24
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında ardıcıl 9-cu matçda fərqlənərək Robert Levandovski və Rud van Nistelroyun göstəricisini təkrarlayıb.
"Report" xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat yayıb.
İngiltərəli hücumçu liqa mərhələsinin II turunda Norveçin "Vikinq" komandası ilə səfər oyununda (3:3) dubl edib. Bununla da H.Keyn Çempionlar Liqası tarixində ardıcıl 9 matçda ən azı bir qol vurmağı bacaran dördüncü futbolçu olub.
Qeyd edək ki, turnirin rekordu Kriştianu Ronalduya məxsusdur. Portuqaliyalı hücumçu 2017/2018 mövsümündə İspaniyanın "Real" klubunun heyətində ardıcıl 11 matçda fərqlənib.
Son xəbərlər
09:41
Emin Əmrullayev SABAH.city innovasiya şəhərciyində olub
Digər
09:35
Azərbaycan nefti ucuzlaşıb
Energetika
09:23
Video
Putin və Tramp Çindəki danışıqların yekunlarına dair bəyanatla çıxış etməyiblər - Yenilənib
Digər ölkələr
09:23
Beyləqanda avtomobil arxa aşıb, ölən var
Hadisə
09:21
Bu gün Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra ilk rəsmi oyun keçiriləcək
Futbol
09:16
CEV Çelenc Kuboku: "Ordu" Bakıda Norveç klubunu qəbul edəcək
Komanda
09:07
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (19.11.2026)
Maliyyə
09:07
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (19.11.2026)
Maliyyə
09:00
"Xilasedici" CEV Çempionlar Liqasında növbəti oyununa bu gün çıxacaq
Komanda